Məhkəmədə arvadını öldürən kişi danışdı: “Boşanmaq istəmirdim”

Kriminal

189

Məhkəmədə arvadını öldürən kişi danışdı: “Boşanmaq istəmirdim”Mingəçevir şəhərində arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən Xalid Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə qərar Mingəçevir şəhər Məhkəməsində hakim Ələkbər Hüseynovun sədrlik etdiyi prosesdə açıqlanıb.

Müstəntiqin təqdimatına baxan hakim təqsirləndirilən şəxsi dinləyib.

İttihama görə, hadisə iyunun 29-da Mingəçevir şəhərində baş verib.

Mingəçevir Şəhər Məhkəməsində boşanma işi zamanı Xalid Əliyev arvadı, 1977-ci il təvəllüdlü arvadı Təranə Nəbiyeva qəfil hücum çəkib. O, Təranə Nəbiyevanın boğaz nahiyəsinə bıçaq zərbələri vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Xalid Əliyev Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Xalid Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İstintaqa ifadə verən Xalid Əliyev arvadından boşanmaq istəmədiyini açıqlayıb. Amma qadın israrla boşanacağını, bu səbəbdən məhkəməyə ərizə ilə müraciət edib. Bundan əsəbləşdiyini deyən Xalid Əliyev məcbur qalaraq sonuncu dəfə məhkəməyə gəlib.

Məhkəmədə boşanmaq istəmədiyini bildirən Xalid Əliyev deyib ki, Təranə israrla boşanacaını söyləyib: “Bundan əsəbləşdim və özümdə olan bıçaqla ona zərbələr vurdum”.

Xalid Əliyev törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini də deyib.