Bakıda aptekə basqın edən qadınla bağlı – Qərar

Kriminal

184

Bakıda aptekə basqın edən qadınla bağlı – QərarBakının Binəqədi rayonunda quldurluq etməkdə təqsirli bilinən Aygün Əliyeva barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı müstəntiqin təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə baş tutan prosesdə müstəntiqin təqdimatı təmin edilib.

Aygün Əliyeva barəsində həbs qətimkan tədbiri daha 2 ay müddətinə uzadılıb.

İttihama görə, bu ilin martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən aptekə gələn Bakı şəhər sakini Aygün Əlieyav orada işləyən qəsəbə sakini Xəyalə Nəcəfovanı bıçaqla hədələyib, kassadan 165 manat aparıb.

6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Aygün Əliyeva saxlanılıb.

İstintaq araşdırması zamanı məlum olub ki, Aygün Əliyeva daha əvvəldə məhkumluq həyatı yaşayıb.

Mart ayında Aygün Əliyevanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

İstintaq orqanı tərəfindən Aygün Əliyevanın barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.