Dənizdən meyiti tapılan şəxsin bıçaqlandığı məlum oldu

Kriminal

182

Dənizdən meyiti tapılan şəxsin bıçaqlandığı məlum olduSumqayıtda dənizdə meyiti tapılan kişi ilə bağlı bəzi təfərrüat məlum olub.

Conflict.az report-a istinadən xəbər verir ki, bu, Sumqayıt şəhər sakini 1965-cı il təvəllüdlü İsgəndərov Elşən Mikayıl oğludur. Dənizdən meyiti tapılan şəxsin üzərində zorakılıq əlamətlərinin və bədənində bir bıçaq yarasının olduğu müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

09:06

Sumqayıtda dənizdən kişi meyiti tapılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, Xəzər dənizinin Sumqayıt şəhərinə düşən hissəsində kişi meyitinin olması müəyyən edilib.

Cəsəd FHN-nin Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən sudan çıxarılaraq, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt Şəhər Şöbəsinə təhvil verilib.

Hazırda cəsədin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.