Maştağada bankomatdan pul çıxaranlara bıçaqlı hücum – Yeniləndi

Kriminal

150

Maştağada bankomatdan pul çıxaranlara bıçaqlı hücum – YeniləndiDaxili İşlər Nazirliyi Sabunçu rayonunun Maştağa qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında orada satıcı işləyən Zabrat qəsəbə sakini Surxay Əliyev münaqişə zəminində iş yoldaşları, qəsəbə sakinləri Vüqar Hüseynzadəyə və Kənan Səlimova bıçaqla xəsarət yetirib.

Çoxsaylı xəsarət almış Vüqar Hüseynzadə hadisə yerində ölüb, Kənan Səlimov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Surxay Əliyev Bakıxanov qəsəbəsinin ərazisində saxlanılıb.

***

10:41

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Maştağa qəsəbəsində bir neçə nəfər arasında dava zamanı 1997-ci il təvəllüdlü Kənan Səlimov və onun Vüqar adlı dostu bıçaqlanıb.

Vüqar hadisə yerində ölüb, Kənan isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, dostlar bankomatdan pul çıxararaq evə gedirmişlər. Bu zaman onlara naməlum şəxs hücum edib. Hadisə yerinə polis və prokurorluq nümayəndələri gəlib. Ərazidə müayinələr aparılıb.

Qətl törədən 1997-ci il təvəllüdlü Surxay Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işiç başlanıb.

İstintaq tədbirləri davam edir.