Ticarət mərkəzində qadının telefonu oğurlandı

Kriminal

204

Ticarət mərkəzində qadının telefonu oğurlandıNəsimi rayonu ərazisində yerləşən “28 Mall” Ticarət Mərkəzində oğurluq faktı qeydə alınıb.
“Ölkə.Az”ın məlumatına görə, ticarət mərkəzinə alış-verişə gələn Nərgiz Şıxəliyevanın 1000 manat dəyərində olan mobil telefonu sanitar qovşağında yadından çıxıb. Bir müddət sonra isə geri qayıdanda telefonunun oğurlandığını görüb.
Zərərçəkmiş telefonunun itməsi ilə bağlı 22-ci Polis Bölməsinə müraciət edib, araşdırmalar aparılır.