Qızdan özündən 4 yaş kiçik rus sevgilisinə qarşı DƏHŞƏTLİ HƏRƏKƏT - BAKIDA

Kriminal

352

Qızdan özündən 4 yaş kiçik rus sevgilisinə qarşı DƏHŞƏTLİ HƏRƏKƏT - BAKIDABakıda sevgilisini bıçaqlamaqda təqsirli bilinən 1980-ci il təvəllüdlü Rəna Qurbanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, hadisə 2017-ci il iyulun 6-da Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.

Rəna Qurbanova qeyri-rəsmi nikahda yaşadığı 1984-cü il təvəllüdlü Sergey İqoryeviçi bıçaqlayıb.

Xəstəxanaya yerləşdirilən Sergey İqoryeviçin həyatını xilas etmək mümkün olub.

Rəna Qurbanova həbs edilməyib, onun barəsində başqa yerə getməməklə polisin nəzarətinə verilmə tədbiri seçilib.

Hakim bildirib ki, Rəna Qurbanova bu gün baş tutan prosesə 45 dəqiqə gec gəlib. Buna görə təqsirləndirilən şəxsə xəbərdarlıq edilib.

Növbəti iclaslardan birinə gecikəcəyi təqdirdə barəsində həbs qətimkan tədbiri seçiləcəyi deyilib.

Həmçinin prosesdə zərərçəkmiş Sergey İqoryeviç iştirak etməyib.

Rəna Qurbanova hadisədən sonra keçmiş sevgilisi ilə küsülü olduqları üçün onun məhkəməyə gəlməməsinin səbəbini bilmədiyini deyib.

Cinayət işi məhkəmə baxışına qəbul edilib və növbəti proses iyunun 12-ə təyin edilib.