Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanıldı

Kriminal

179

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanıldıÖtən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, ötən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 25-i "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 27 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.


Conflict.az