5 kiloqramdan çox narkotik vasitə və silah aşkarlandı

Kriminal

63

5 kiloqramdan çox narkotik vasitə və silah aşkarlandıPolis əməkdaşlarının narkotiklərlə mübarizəsi istiqamətində mayın 29-da keçirdikləri tədbirlər nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə, həmçinin xeyli sayda kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Cəmil Əliyev Gürgan qəsəbəsi ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan nömrəsi silnmiş “Revolver” tipli tapança, 4 ədəd patron, həmçinin əlindəki paketdə çəkisi 2 kiloqram 400 qram marixuana aşkar edilərək götürülüb. Onun əvvəllər Cinayət Məcələsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunduğu da müəyyən edilib.

Qax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Qıpçaq kənd sakini Pərviz Osmanlıdan 2 kiloqram 815 qram marixuana aşkar edilib.

RPİ 15-ci Polib Bölməsinin əməkdaşları tərəfindən Pirşağı qəsəbə sakini Habil Əminova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb.