Faiqin mənzildə meyiti tapıldı - Bakıda » Conflict.az

Faiqin mənzildə meyiti tapıldı - Bakıda

Kriminal

77

Faiqin mənzildə meyiti tapıldı - BakıdaBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Conflict.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə mütəxəssislər cəlb olunub. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Abdullayev Faiq Mustafa oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.