Abşeronda qayın mülk üstündə yeznəsini bıçaqladı

Kriminal

147

Abşeronda qayın mülk üstündə yeznəsini bıçaqladıAbşeron rayonunun Novxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1986-ci il təvəllüdlü Quliyev Natiq Qurban oğlu qaynatasına məxsus mülkün ona aid olduğunu bildirib və bu səbəbdən onunla qaynı arasında əlbəyaxa dava düşüb.

Nəticədə qaynı onun bud nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.