“Qaqaş” ləqəbli narkotik alverçisi tutuldu - 1 kq heroinlə / FOTOLAR

Kriminal

171

“Qaqaş” ləqəbli narkotik alverçisi tutuldu - 1 kq heroinlə / FOTOLARSabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.“Qaqaş” ləqəbli narkotik alverçisi tutuldu - 1 kq heroinlə / FOTOLAR
DİN-dən BakuPost-a verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə axtarışda olan, Balaxanı qəsəbə sakini "qaqaş” ləqəbli Rəşad Səfərov tutulub. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman 0,308 qram, idarə etdiyi "Niva” markalı avtomobilin yük yerindən isə 1 kiloqram 5 qram heroin aşkar edilərək götürülüb. R.Səfərov istintaqa ifadəsində narkotik vasitələrin aludəçisi olmaqla yanaşı, satışı ilə məşğul olduğunu da etiraf edib.“Qaqaş” ləqəbli narkotik alverçisi tutuldu - 1 kq heroinlə / FOTOLAR
“Qaqaş” ləqəbli narkotik alverçisi tutuldu - 1 kq heroinlə / FOTOLAR
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.“Qaqaş” ləqəbli narkotik alverçisi tutuldu - 1 kq heroinlə / FOTOLAR

Conflict.az