“Gənclik Mall”dan bahalı paltar oğurlandı

Kriminal

238

“Gənclik Mall”dan bahalı paltar oğurlandıNərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə "Gənclik Mall” ticarət mərkəzindəki mağazaların birindən 536 manat dəyərində geyim əşyalarının oğurlanması barədə müraciət daxil olub.

DİN-dən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini S.Rəsulova olduğu müəyyən edilib. ​Faktla bağlı araşdırma aparılır.