Mənzildən kişi meyiti aşkar edilib » Conflict.az

Mənzildən kişi meyiti aşkar edilib

Kriminal

65

Mənzildən kişi meyiti aşkar edilib Bakı şəhərinin Səbail rayonunda kişi meyiti aşkar edilib.

Bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Vəliyev Şaiq Dünyamalı oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Conflict.az