Dönərxanada 3 nəfəri bıçaqlamışdı - Prokuror cəza istədi

Kriminal

378

Dönərxanada 3 nəfəri bıçaqlamışdı - Prokuror cəza istədiBakı Ağır Cinayətlər Məhkəməsində dönərxanada 3 nəfəri bıçaqlamaqda təqsirləndirilən Saleh Şahverdiyevə cəza istənilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək S.Şahverdiyevin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses martın 28-də davam etdiriləcək.

İttihama görə, Saleh Şahverdiyev 2017-ci il oktyabrın 10-da sərxoş vəziyyətdə “Şamaxinka” adlanan ərazidə “Tantuni Köz dönər” restoranına gəlib. O, burada özü ilə gətirdiyi spirtli içkini içmək istəyib. Bu zaman restoranda ofisiant işləyən Fərid Ağayev Saleh Şahverdiyevə burada spirtli içkinin qadağan olduğunu bildirib. Tərəflər arasında mübahisə yaranıb. S. Şahverdiyev konyak şüşəsi ilə Fərid Ağayevin boyun nahiyəsinə zərbə endirib.

Daha sonra restorandan çıxarılan Saleh Şahverdiyev qapının ağzında onu ayırmağa çalışan Qədir Məmmədova cibində gəzdirdiyi bıçaqla zərbə vurub. O, hadisə yerindən qaçmağa çalışıb. Bu zaman Q.Məmmədovla restorana gələn Alı Aliyev onun qarşısını kəsib. Saleh Şahverdiyev ona da iki bıçaq zərbəsi vurub.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 126.2.4 (sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib.

Saleh Şahverdiyev özünü təqsirli bilməyib.