Qadınlara qarşı quldurluq edən Qazaxıstan vətəndaşına hökm oxunub

Kriminal

178

Qadınlara qarşı quldurluq edən Qazaxıstan vətəndaşına hökm oxunubBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Qazaxıstan Respublikasının vətəndaşı Alı Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Səbuhi Hüsenyovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Tağıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında A.Tağıyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ötən il Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Ülkər Rəhimovaya zor tətbiq edərək onun qızıl boyunbağısını qırıb götürərək hadisə yerindən qaçıb. Nəsimi Rayon Polis İdarəsi və ərazidə olan Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, Qazaxıstan Respublikasının vətəndaşı A.Tağıyev hadisə yerinin yaxınlığında saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin həmin gün rayon ərazisində Dilarə Qəniyeva adlı başqa bir qadını da döyərək onun qızıl qoyunbığısını quldurluq yolu ilə ələ keçirdiyi məlum olub. Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsinə A.Tağıyevin paytaxtın Nəsimi və Nərimanov rayonları ərazisində qadınlara qarşı ümumilikdə 3 quldurluq və 2 soyğunçuluq cinayəti törətdiyi də məlum olub.

Conflict.az