Öz bacılarını və azyaşlı bacısı qızını zorladı – Bakıda QANDONDURAN hadisə

Kriminal

207

Öz bacılarını və azyaşlı bacısı qızını zorladı – Bakıda QANDONDURAN hadisəHər şey 14 yaşlı qızın etirafı ilə ortaya çıxıb.

Bakıda 5 yaşlı uşaq 8 il müddətində dayısı tərəfindən mütəmadi olaraq zorlanıb. Jalə (ad şərtidir) 3 yaşında ikən valideynləri boşanıb.

Nə anası, nə də atası balaca qıza sahib çıxıb. Jalə xalasının himayəsində qalıb. Hadisə də ondan sonra baş verib.

Balaca qız illərlə doğma dayısı tərəfindən təcavüzə məruz qalıb. Bu haqda dəfələrlə valideynlərinə, nənəsinə məlumat versə də, faydası olmayıb. Ona inanan olmayıb. Dayısı da bunu əsas tutaraq balaca qızı səs-küy salacağı təqdirdə döyəcəyi ilə hədələyib.

Jalə deyir ki, nənəsi, xalası evdə olmayanda, dayısı onu zorlayırdı. O bunlardan qaçmaq üçün atasının yanına gedib. Amma ögey anası onun orada qalmasına icazə verməyib. Balaca Jalə məcbur qalıb təcavüzə uğradığı evə geri dönüb.

Sonradan məlum olub ki, qızın dayısı cinsi azlığın nümayəndəsi imiş. O, öz bacılarına qarşı da cinsi zorakılıq edib. Hazırda məsələyə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Əgər Jalənin dayısının cinayəti sübut edilərsə, onu 16 ilə qədər həbs cəzası gözləyir.