Bakıda 41 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb

Kriminal

61

Bakıda 41 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Sabunçu rayonunda, Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 41 yaşlı Nağıyev Niyaməddin Mirağa oğlu tanışı ilə mübahisə edərkən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Həkimlər N.Nağıyevin vəziyyətini ağır qiymətləndirir.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

Conflict.az