Cəlilabad sakini bıçaqlanıb

Kriminal

62

Cəlilabad sakini bıçaqlanıb Cəlilabad rayon sakini bıçaqlanıb.

Hadisə şəhərin Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1992-ci il təvəllüdlü Rəsul Ümüd oğlu Vəliyev sol böyrək nahiyəsindən bıçaqlanıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Conflict.az