Rəis müavinini internetdə rüsvay edəcəyi ilə hədələyən qadın MƏHKƏMƏDƏ

Kriminal

38

Rəis müavinini internetdə rüsvay edəcəyi ilə hədələyən qadın MƏHKƏMƏDƏBakıda hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinən Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, istintaq dövründə Vəfa Dadaşovanın barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Məhkəmə həmin qətimkan tədbirini həbs qətimkan tədbiri ilə əvəz edib. O, məhkəmə zalından həbs edilib.
Məhkəmə baxışı oktyabrın 12-nə təyin edilib.
İttihama görə, Vəfa Dadaşovanın cinayət işi üzrə iki zərərçəkmiş var. Onlardan biri İsmayıllı rayon polis şöbəsinin rəis müavini Pərviz İsmayılovdur. Vəfa Dadaşova hər iki zərərçəkmiş barəsində internetdə rusvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək, onları şantaj edib.