Dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib

Kriminal

51

Dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalında həbs edilibBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asya Hüseynova və Sevinc Orucovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Hüseynova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

S. Orucova barəsində isə 8 il müddətinə azadlıqdan məhrum edilmə qərarı çıxarılıb və o, məhkəmə zalında həbs olunub.


İttihama görə, təqsirləndirilən şəxslər kustar üsulla hazırlanmış saxta qızılları girov qoyaraq dələduzluq yolu ilə Səmayə Hüseynovanın ümumilikdə 380 min manat, Gülşən İmranovanın isə 42 min manat nağd pulunu ələ keçiriblər.

Sevinc Orucova barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.


Conflict.az