Çantasından narkotik vasitə çıxdı

Kriminal

85

Çantasından narkotik vasitə çıxdıAstara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Gununsesi.info-nun Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşın əl yüklərinə baxış zamanı onun çantasında 200 ədəd həb şəklində metadon adlı dərman preparatı aşkar olunub.
Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 200 ədəd həbdə metadonun təsiredici maddəsi 4 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.

Conflict.az