`Qoşa Təpə`də narkotik əməliyyatı

Kriminal

57

`Qoşa Təpə`də narkotik əməliyyatıBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı vətəndaşın alt geyimindən bir ədəd bükümdə, buprenorfin adlı 11 həb aşkar edilərək götürülüb.

Xatırladaq ki, buprenorfin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in II Siyahısına daxildir və aşkar edilən 11 həbdə buprenorfinin təsiredici maddəsinin ümumi miqdarı 0,022 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Conflict.az