Bakıda fəlsəfə doktoru həbs edildi

Kriminal

183

Bakıda fəlsəfə doktoru həbs edildi Bakıda dələduzluqla məşğul olan qadın saxlanılıb.

Conflict.az APA-ya istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2 (küllü miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə axtarışda olan 1968-ci il təvəllüdlü Sevinc Mahmudəli qızı Tanqudur yaşadığı Xətai rayonu ərazisində tutulub.
Qeyd edək ki, S. Tanqudur memarlıq üzrə fəlsəfə doktorudur.
Conflict.az