Şahdağ Milli Parkında narkotik bitki aşkar olundu » Conflict.az

Şahdağ Milli Parkında narkotik bitki aşkar olundu

Kriminal

185

Şahdağ Milli Parkında narkotik bitki aşkar olundu Şahdağ Milli Parkının ərazisində mühafizə rejiminin yoxlanılması məqsədilə Milli Parkın əməkdaşları tərəfindən növbəti reyd keçirilib.
Conflict.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətin-ə istinadən xəbər verir ki, reyd zamanı Milli Parkın İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 16 saylı dolayının 37-ci kvartalının 3 m2 sahəsində narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 15 ədəd bitkinin naməlum şəxslər tərəfindən əkilib-becərilməsi faktı aşkar edilib.
Faktla bağlı ETSN tərəfindən dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır.