Azərbaycana narkotik keçirən iranlı yaxalandı

Kriminal

144

Azərbaycana narkotik keçirən iranlı yaxalandıBiləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Iranı Gharehghasemlou Alısaheb Mohammadgholı üzərində şəxsi yoxlama zamanı ondan 20 ədəd metadon adlı həb aşkar edilib.
Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 20 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir.
Bundan başqa, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Əjdər Abuşovun üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, xalis çəkisi 113,800qram olan narkotik vasitə - heroin aşkar olunub.
Hər iki faktla bağlı təhqiqat aparılır.
Conflict.az