Qayınatasının evində arvadını bıçaqladı

Kriminal

217

Qayınatasının evində arvadını bıçaqladı Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən Bəhruz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu ilin fevral ayında Bəhruz Əliyev qayınatasının evində ailə münaqişəsi zəminində həyat yoldaşı 31 yaşlı Günel Əliyevanı bıçaqlayıb. Ərinin vurduğu bıçaq qadının döş qəfəsinə nüfuz edib. Yaralı yaxınlarının köməyi ilə xəstəxanaya çatdırlırıb.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Bəhruz Əliyev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Conflict.az