Sabirabadda keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü

Kriminal

97

Sabirabadda keçmiş məhkumdan külli miqdarda narkotik götürüldüSabirabadda əvvəllər məhkum olunmuş şəxsin həyətindən külli miqdarda narkotik vasitə aşkar edilib.

Conflict.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yenikənd kənd sakini, əvvəllər məhkum olunan Vəlixan Rəhimovun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilən 40 ədəd çətənə kolu və 1 kiloqram 150 qram marixuana aşkar edilərək götürülüb.
Conflict.az