Sizin reklam burada
Sizin reklam burada

Neft Fondu 60 milyon dollar ziyana düşüb

Neft Fondu 60 milyon dollar ziyana düşübHesablamalar göstərir ki, Dövlət Neft Fondunun əmlaka birbaşa sərmayədən 60 milyon dollardan çox zərərə düşüb.
“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib. O, bildirib ki, Moskva şəhərinin Tverskaya 16 ünvanında yerləşən və dəyəri 3269 milyon Rusiya rublu təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinin 1 illik icarəsindən ötən il ərzində cəmisi 66628 dollar qazanc əldə edilsə də, ondan Fonda heç nə çatmayıb.

Londonun “West End” səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən dəyəri 120 milyon funt sterlinq təşkil edən ofis kompleksindən ötən il 34747400 funt sterlinq qazanc əldə olsunsa da, onun cəmisi 5,83 faizi və ya 2026660 funt sterlinqi Fonda köçürülüb.

“Neft Fondunun açıqlamasına görə, daşınmaz əmlaka investisiya qoyuluşunda əsas məqsəd, onun uzun müddət ərzində dəyərini qoruyub saxlaması, eləcə də orta və uzun müddətdə yüksək gəlirlilik potensialına malik olmasıdır. Əslində, bu sahədə siyasət düzgün qurularsa və şəffaf olarsa, buna nail olmaq mümkündür. Dünyanın bır sıra şirkətləri əmlakdan böyük qazanclar əldə etdiyi halda Azərbaycan Dövlət Neft Fondu sahibi olduğu ofis binalarına investisiyalardan bütövlükdə itkilərə məruz qalıb. Xüsusilə də böyük itkilər Neft Fondunun Londonda və Moskvada sahib olduğu əmlakın yenidən qiymətləndirilməsində üzə çıxıb.

Belə ki, bu iki əmlakın alış qiyməti ilə hazırkı bazar dəyəri arasında 205,5 milyon dollar fərq yaranıb”.

Q. İbadoğlunun sözlərinə görə, Hesablama Palatasının rəyində bildirilir ki, 2018-ci il 31 dekabr tarixinə Neft Fondunun daşınmaz əmlak portfeli 2 142 392 602 ABŞ dolları təşkil edib. Daşınmaz əmlak portfelinin cari hesablarda pul vəsaitlərinin qalıqları nəzərə alınmaqla xüsusi çəkisinin 47,4 %-i birbaşa investisiyaların, 2,7 %-i borc fondlarına edilən investisiyaların, 34,5%-i fond investisiyaların və 15,4 %-i müştərək investisiyaların payına düşüb: “Daşınmaz əmlaka bir başa investisiya həcmlərinin xüsusi çəkisinin digər subportfellərlə müqayisədə daşınmaz əmlak portfelində

daha yüksək (47,4%) olmasına baxmayaraq, gəlirlik faizi əhəmiyyətli dərəcədə aşağı olub.

Daşınmaz əmlaka investisiyalar Neft Fondunun törəmə müəssisələri vasitəsi ilə həyata keçirilib. Təəccüblüdür ki, Neft Fondu Moskva şəhərinin Tverskaya 16 ünvanında

yerləşən və dəyəri 3269 milyon Rusiya rublu təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinin 1 illik icarəsindən ötən il ərzində cəmisi 66628 dollar qazanc əldə edilsə də, hətta az olmasına baxmayaraq (ayda 3300 dollar) ondan Fonda heç nə çatmayıb. Bununla bağlı Fondun izahatında göstərilir ki, ticarət mərkəzində yenidənqurma işləri ilə bağlı xərcləri nəzərə alaraq icarə haqqları köçürülməyib.

Eyni zamanda Londonun “West End” səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən dəyəri 120 milyon funt sterlinq təşkil edən ofis kompleksindən ötən il 34747400 funt sterlinq qazanc əldə olsunsa da onun cəmisi 5,83 faizi və ya 2026660 funt sterlinqi Fonda köçürülüb. Fonda az məbləğdə vəsaitin köçürülməsinin əsas səbəbi St.James 78 ünvanında yerləşən daşınmaz əmlak üzrə 2018-ci ildən başlamış və bitməsi 2020-ci ilin sonuna nəzərdə tutulan kapital təmir işləri ilə əlaqələndirilir.

Göründüyü kimi, neft gəlirlərinin uğursuz idarəçiliyinin bir göstəricisi də əmlak bazarında sərmayələrdən zərərlərdir. Əslində, əmlak bazarına investisiyalardan itkilər çox nadir hallarda qeydə alınır, təbii ki, Dövlət Neft Fondunun bu bazardakı əməliyyatlarından qazananlar da vardır, amma onun nə Fonda, nə də xalqa dəxli var, qazananlar, xüsusilə də törəmə müəssisələrin sahibləri barədə məlumatlar hələ də ictimaiyyətdən gizli saxlanılır”.

  • Sosial şəbəkədə paylaş