Türkiyədə dollar kəskin bahalaşdı

İqtisadiyyat

321

Türkiyədə dollar kəskin bahalaşdı2019.05.06. 22:14

Türkiyənin Ali Seçki Qurumunun İstanbuldakı seçki nəticələrini ləğv etməsi dərhal iqtisadiyyata da öz təsirini göstərib.

Bu barədə Türkiyə mətbuatı yazıb. Məlumata görə, qərarın açıqlanmasından sonra dollar kəskin bahalaşıb. Belə ki, dollar 6.04 türk lirəsi göstəricisindən 6.15 türk lirəsinə qədər yüksəlib.

Qeyd edək ki, martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələri ləğv edilib.

***

Türkiyədə dollar bu gün daha 1,58% bahalaşaraq, 6,19 lirəyə çatıb.