Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdıCIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 5-i 67,16 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,19 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 66,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,22 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 62,71 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,21 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 64,4 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel azdır. (Trend)

  • Sosial şəbəkədə paylaş