Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat

188

Azərbaycan nefti ucuzlaşdıCIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 28-də 62,03 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 28-də 60,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,98 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 28-də 56,4 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,16 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 28-də 58,36 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,02 dollar/barel azdır.