İran neftini ilk dəfə burada satdı: həm də ucuz

İqtisadiyyat

197

İran neftini ilk dəfə burada satdı: həm də ucuzİran bazar günü ilk dəfə olaraq özünün enerji birjası vasitəsilə özəl istehlakçıya neft satıb.
“Frans Press” agentliyi bu birja vasitəsilə bir barelin 74,85 dollara satıldığını bildirib. Hərracda ümumilikdə 280 min barel neft satılıb.

Hələlik nefti alan şəxsin adı açıqlanmayıb.

Qeyd edək ki, İran iyul ayında ABŞ sanksiyalarıyla əlaqədar neftini öz birjası vasitəsilə satacağını açıqlamışdı.

Dünya birjalarında “Brent” markalı neftin bir barreli hazırda 77 dollar civarındadır.