"Brent" neftinin qiyməti 80 dollara yaxınlaşır

İqtisadiyyat

157

"Brent" neftinin qiyməti 80 dollara yaxınlaşırDünya birjalarında neft bahalaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,23 dollar və ya 0,32% artaraq 71,72 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,10 dollar ya 0,13% artaraq 79,38 dollar təşkil edib.

"AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,46 dollar və ya 0,58% azalaraq 78,82 dollar təşkil edib.