Azərbaycan nefti 2 dollardan artıq ucuzlaşdı

İqtisadiyyat

176

Azərbaycan nefti 2 dollardan artıq ucuzlaşdı Azərbaycan neftinin ucuzlaşması davam edir.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən APA-ya verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 3,64% və ya 2,32 dollar ucuzlaşaraq 61,29 dollar olub.