Azərbaycan BOTAŞ-a 322 milyon dollarlıq qaz – Türkiyənin Hesablama Palatası

İqtisadiyyat

188

Azərbaycan BOTAŞ-a 322 milyon dollarlıq qaz – Türkiyənin Hesablama Palatası

Azərbaycan BOTAŞ-a 322 milyon dollarlıq qaz – Türkiyənin Hesablama Palatası
Türkiyənin Hesablama Palatası Azərbaycanın bu ölkənin qaz operatoru BOTAŞ-a 892 milyon TL-lik (322 milyon dollar) qaz borclu olduğunu bildirib.


Yerli mətbuat xəbər verir ki, bu haqda “Zaman” qəzeti Hesablama Palatasının BOTAŞ-da apardığı təftişin yekunlarına dair hesabatına istinadən yazır.
Azərbaycan BOTAŞ-a 322 milyon dollarlıq qaz – Türkiyənin Hesablama Palatası
Hesabatda bildirilir ki, BOTAŞ Azərbaycan və İranla “al və ya ödə” prinsipi ilə bağladığı qaz müqavilələrinə görə ziyana düşür. Belə ki, BOTAŞ əvvəlcə İrandan müqavilədə göstərilmiş həcmdə qazı ala bilmədiyinə görə bu ölkəyə yüz milyonlarla dollar artıq ödəyib. Daha sonra ödədiyi pulun əvəzində qazı almaq üçün İrandan qaz nəqlini artırıb. Əvəzində infrastruktur imkanlarının məhdud olmasına görə ən ucuz qaz olan Azərbaycan qazını ala bilməyib, “al və ya ödə” prinsipinə görə Azərbaycana yüz milyonlarla dollar ödəməli olub.

Azərbaycan BOTAŞ-a 322 milyon dollarlıq qaz

BOTAŞ-da təftiş aparan Hesablama Palatası (Sayıştay) xəbərdarlıq edib ki, Azərbaycana pulu ödənilən qazın 2017-ci ilə qədər geri alınmayacağı halda şirkət 322 milyon dollar zərər edəcək.

Türkiyə ilə Azərbaycan arasında bağlanmış qaz müqaviləsinə görə BOTAŞ hər il 6.6 milyard kubmetr qaz almalıdır. “Şahdəniz II” qaz yatağından hasil olunacaq qazın satışına dair bağlanmış yeni müqaviləyə əsasən isə Türkiyə TANAP boru xətti ilə Azərbaycandan ildə daha 6 milyard kubmetr qaz alacaq.

Conflict.az