Dadaşova milliyə görə əlavə istirahət

İdman

162

Dadaşova milliyə görə əlavə istirahətMillimizin futbolçusu Rüfət Dadaşov klubu "Proyssen"in hazırlıqlarına gec qoşulacaq.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb onun millimizin düşərgəsində olmasıdır. Avro-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə oyunlar üçün yığmamıza dəvət olunan 27 yaşlı hücumçuya üçüncü Bundesliqa təmsilçisi əlavə 14 günlük istirahət verəcək. Onun iyunun sonlarında komandaya qayıdacağı gözlənilir.Klubun idman direktoru Malte Metzelder R.Dadaşovun ölkəsini təmsil etməsindən məmnun olduğunu deyib: "Onun dincəlmək imkanı olmadı. Buna görə Rüfətin istirahət etməyi bizim üçün önəmlidir".