“Roma” kapitanını yola salır

İdman

96

“Roma” kapitanını yola salırDaniele de Rossi bu mövsümün sonu kapitanı olduğu "Roma"nı tərk edəcək.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki, 35 yaşlı yarımmüdafiəçi karyerasını başa vurmağı planlaşdırmır. O, başqa klubda çıxış edəcək. Ancaq italiyalı futbolçunun harada oynayacağı məlum deyil.

Beləliklə, A seriyasının sonuncu turunda "Olimpiko" stadionunda "Parma"ya qarşı keçiriləcək matç de Rossinin "Roma"dakı vida oyunu olacaq.

Qeyd edək ki, de Rossi 2002-ci ildən "Roma"nın şərəfini qoruyur.