"İstanbul nəhəngləri" üz-üzə

İdman

72

"İstanbul nəhəngləri" üz-üzəBu gün futbol üzrə Türkiyə Superliqasında mövsümün ən maraqla gözlənilən oyunlarından biri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, "Fənərbaxça" öz meydanında "Qalatasaray"ı qəbul edəcək. Sayca 389-cu derbi Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Hazırda "Qalatasaray" 55 xalla 2-ci, "Fənərbaxça" isə 32 xalla 13-cü pillədə qərarlaşıb.