"Barselona"da ciddi itki - Suares 3 həftə oynamayacaq

İdman

206

"Barselona"da ciddi itki - Suares 3 həftə oynamayacaq“Barselona” ciddi itki ilə üzləşib.

Qol.az xəbər verir ki, komandanın əsas hücumçularından olan Luis Suares La Liqanın son turunda "Betis"lə keçirilən görüşdə zədələnib.

Klubun rəsmi saytı ayaq biləyində ağrılar olan uruqvaylı forvardın 15 gün yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Qeyd edək ki, Suares bu mövsüm La Liqada 27 oyuna 18 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb