Çempionlar Liqasında ingilis fırtınası davam edir

İdman

87

Çempionlar Liqasında ingilis fırtınası davam edirUEFA Çempionlar Liqasında son 1/4 finalçılarının da adı bilinib.

Bu, İspaniyanın "Barselona” və İngiltərənin "Liverpul" klubudur.

Kataloniya təmsilçisi öz meydanında Fransanın "Lion” klubunu 5:1 hesabı ilə darmadağın edib. Bu matçda meydan sahiblərinin argentinalı hücumçusu Lionel Messi iki qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Ötən ilin finalçısı "Liverpul" isə Münxendə "Bayern”i məğlub edib – 3:1.

Seneqallı Sadio Mane bu matçda dublla yadda qalıb.

Bununla da Çempionlar Liqasında mübarizəsini davam etdirən Almaniya klubu qalmayıb.