"Qalatasaray"ı "Fənər"ə dəyişdi

İdman

230

"Qalatasaray"ı "Fənər"ə dəyişdi"Qalatasaray”28 yaşlı oyunçusu Sərdar Azizlə yolları ayırıb.


Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.


2016-cı ildən "Qalatasaray”da top qovan Sərdar "sarı-qırmızılar”ın əzəli rəqibinin - "Fənərbaxça”nın üzvü olmağa yaxındı. Türkiyə millisinin də formasını geyinən futbolçunun "Fənər”əkeçidinin bu günlərdə rəsmən açıqlanması gözlənilir.