"Rəqiblərimizin arasında ən güclüsü "Qarabağ" olub" - "Şaxtyor"un hücumçusu

İdman

217

"Rəqiblərimizin arasında ən güclüsü "Qarabağ" olub" - "Şaxtyor"un hücumçusuDonetsk "Şaxtyor"unun futbolçusu Daniil Sikan Antalyadakı qış təlim-məşq toplanışları barədə fikirlərini bildirib.

Conflict.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, 17 yaşlı hücumçu toplanış çərçivəsində ən güclü rəqiblərinin Qarabağ" olduğunu deyib:"Düşünmürəm ki, yoxlama oyunlarındakı rəqiblərimizdən hansınısa ayırmaq olar. Bütün komandalar güclüdürlər. "Qarabağ" isə hələlik ən güclüsü olub. Qalanları daha zəif olacaq".Qeyd edək ki, "Şaxtyor" ilk toplanışda "Hayduk"a 1:4 hesabı ilə uduzub, "Qarabağ"a 3:1 hesabı ilə qalib gəlib, Antalyadakı ikinci toplanışda isə komanda "Hobro" (Danimarka), "Lex" (Polşa), "Partizan" (Serbiya), "Botev" (Bolqarıstan) və "Vakker"lə (Avstriya) qarşılaşacaq.