"Beşiktaş"dan ayrıldı, "Korintians"a keçdi - rəsmi

İdman

201

"Beşiktaş"dan ayrıldı, "Korintians"a keçdi - rəsmi"Beşiktaş" futbolçusu Vaqner Lavla yolları ayırıb.

Conflict.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə İstanbul klubunun nümayəndəsi Ahmet Kavalcı məlumat verib. O,braziliyalı hücumçu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etdiklərini bildirib.


34 yaşlı oyunçunun artıq yeni klubu da müəyyənləşib. O, ölkəsinin "Korintians" klubu ilə 2019/2020 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, V.Lav iki mövsümdür oynadığı "Beşiktaş"da 29 matçda 11 qol vurmuşdu.