"Qarabağ"ın legioneri millimizdə oynayacaq?

İdman

287

"Qarabağ"ın legioneri millimizdə oynayacaq?"Qarabağ”ın xorvat legioneri Filip Ozobiç Azərbaycan yığmasında oynaya bilər.

Qaynarinfo xəbər verir ki, ölkəsinin seçməsinə dəvət alsa da, rəsmi görüşdə meydana çıxmaq fürsəti olmayan yarımmüdafiəçi AFFA-nın diqqət mərkəzindədir.

Oyunçu özü də seçməmizin formasıyla tər tökməyin əleyhinə deyil. Ancaq 2016-cı ildən Azərbaycanda top qovan Ozobiçə yığma formasını geyindirmək asan olmayacaq. O, daha 2 il ölkəmizdə çıxış etməli və FİFA-ya bununla bağlı müraciət ünvanlamalıdır.