Məşhur futbolçu həbs edildi

İdman

304

Məşhur futbolçu həbs edildiFutbol üzrə Danimarka yığmasının üzvü Niklas Bendtner taksi sürücüsünü döydüyü üçün 50 günlük həbs cəzası alıb.

Conflict.az komanda.az-a istinadən xəbər verir ki, məhkəmə qarşısına çıxarılan futbolçu bu cəzasını ev şəraitində çəkəcək. Belə ki, Bendtnerə bu 50 gün ərzində evdən çıxmağa qadağa qoyulub. Bunun üçün hətta onun ayağına xüsusi izləyici bağlanılıb.

Karyerasını Norveçin “Rusenborq” klubunda davam etdirən 30 yaşlı futbolçu əvvəllər “Arsenal”, “Yuventus” və “Volfsburq” kimi Avropanın aparıcı klublarında forma geyinib. Lakin bu cəza səbəbindən o, qarşıdakı 50 gün ərzində komandasının məşqlərində də iştirak edə bilməyəcək.

Bendtner, Danimarka milli komandasında 81 oyuna çıxıb, 30 qola imza atıb.