Özil Ərdoğanın klubuna transfer olunur?

İdman

307

 Özil Ərdoğanın klubuna transfer olunur?“Arsenal”dan ayrılması gündəmdə olan Məsut Özil karyerasını Türkiyədə davam etdirə bilər.

Qol.az-ın yaydığı xəbərə görə, türk əsilli alman futbolçu “Başakşəhər”in maraq dairəsinə düşüb. Türkiyədə Prezident Rəcəb Tayyip Ərdoğanın klubu kimi tanınan İstanbul təmsilçisi 29 yaşlı oyunçunu heyətinə qatmaq istəyir. İddiaya görə, klubun prezidenti Göksəl Gümüşdağ bildirib ki, əgər Özil onların komandasında oynamaq istəsə, keçidi gerçəkləşdirmək üçün hər şeyi etməyə hazırdır.

Qeyd edək ki, “Başakşəhər” bundan əvvəl Emanuel Adebayor və Arda Turanı transfer edərək bütün diqqətləri üzərinə çəkmişdi.