“Beşiktaş”ın futbolçuları haqqında iddia: “Səhərə qədər əyləniblər”

İdman

240

“Beşiktaş”ın futbolçuları haqqında iddia: “Səhərə qədər əyləniblər”Türkiyə Superliqasının son turunda “Kasımpaşa”ya biabırçı hesabla (1:4) uduzan “Beşiktaş”ın futbolçuları haqqında şok iddalar yayılıb.

Türkiyə mətbuatı xəbər verir ki, İstanbul klubunun futbolçuları vacib oyundan bir gün öncə səhərə qədər əylənib.

Hollandiyalı hücumçu Rayan Babelin ad gününü qeyd edən oyunçular spirtli içki də qəbul ediblər. “Ağ-qaralar”ın üzvləri ilə yanaşı partidə “Qalatasaray”ın hollandiyalısı Rayan Donk da iştirak edib.

Daha çox əcnəbi futbolçuların qatıldığı əyləncədə adları açıqlanmayan 2-3 türk futbolçu da olub. Hazırda klub rəhbərliyi futbolçuların adlarını dəqiqləşdirməyə çalışır.(qafqazinfo.az)