“Milan" Qattuzoya vaxt verdi - ya tamam, ya davam

İdman

189

“Milan" Qattuzoya vaxt verdi - ya tamam, ya davam"Milan" baş məşqçisi Cennaro Qattuzonu yanvarda istefaya göndərə bilər.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyə mütəxəssisə dekabrın sonuna kimi vaxt verib. Bu vaxt ərzində "Milan" "Fiorentina" ( 22 dekabr), "Frozinone" (26 dekabr) və SPAL-la (29 dekabr) qarşılaşacaq. Komandanın bu matçlardakı nəticələri uğursuz olsa, Qattuzo istefaya gödəriləcək.Bildirilir ki, baş məşqçi ilə yollar ayrılacağı təqdirdə, bu vəzifəyə Roberto Donadoni və ya Arsen Venger təyin edilə bilər.

Qeyd edək ki, "Milan" hazırda 27 xalla ölkə çempionatında 4-cü yeri tutur.