Ronaldo və Messi Madridə gedir

İdman

148

Ronaldo və Messi Madridə gedir"Yuventus"un futbolçusu Kriştiano Ronaldo və "Barselona"nın oyunçusu Lionel Messi Libertadores kubokunda "River Pleyt" və "Boka Xuniors" arasında Madriddə keçiriləcək final görüşünü stadiondan canlı izləyəcək.

Onlar matçın keçiriləcəyi "Santyaqo Bernabeu" stadionundan oyuna baxacaqlar. "Real"ın prezidenti Florentino Peresin Ronaldo və Messinin eyni ViP lojada yerləşdirmək istədiyi iddia olunur.

Qeyd edək ki, final qarşılaşması dekabrın 9-i keçiriləcək.