"Sportinq"in baş məşqçisi: “Qarabağ”ı çox bəyənirəm

İdman

142

"Sportinq"in baş məşqçisi: “Qarabağ”ı çox bəyənirəmOyuna çox yaxşı başladıq. Birinci və ikinci qolu yaxşı vəziyyətdən vurduq. “Qarabağ”ı çox bəyənirəm. Açığı, bu hesabı gözləmirdim. Amma bu gün yaxşı oynadıq. Bunu bazar günü çempionat matçında da gözləyirəm.

Qol.az-ın məlumatına görə, bu sözləri “Sportinq”in baş məşqçisi Marsel Keyzer Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Bakıda "Qarabağ"ı 6:1 hesabı ilə udduqları oyundan sonra mətbuat konfransında deyib.

- Komandanın çıxışına neçə bal verərdiniz?

- Yaxşı oynadıq. 10 ballıq şkala ilə 7-8 bal verərəm.

- Görmək istədiyiniz “Sportinq” budur?

- Qısa müddətdi bir yerdəyik. Amma komandanın mübarizəsini bəyənirəm. Pressinq, göstərilən futbol, boşluqlardan yararlanmaq. 3 həftəlik müddətdə kifayət qədər yol qət etmişik. Amma hələ müəyyən vaxta ehtiyacımız var. Daha yaxşı oynaya bilərik.

- Son iki oyunda 10 qol vurdunuz. Komandadan razısınızmı?

- Əlbəttə. Komandada qol vuran futbolçu çoxdur. Həm yarımmüdafiəçilər, həm hücumçular bunu bacarırlar. Bu da məşqçi üçün yaxşı haldır. Mövsümdə bəzən pis periodlar da ola bilər. Əsas odu ki, ümumilikdə mövsümü yaxşı keçirək.

- Daha yaxşı ola biləcəyinizi dediniz. Nəyi nəzərdə tutursunuz?

- Daha yaxşı oynaya bilərik dedikdə, 90 dəqiqə topu ayağımızda saxlamağı nəzərdə tutmuram. Bu gün 60-70 dəqiqə topa nəzarət etdik. Əsas topu hara ötürdüyünü bilməkdi. İki həftəlik performansdan razıyam.

- Vendel son iki oyunda çıxış etdi və bu gün məhsuldar ötürmə verdi. Onda hansı dəyişiklik etmisiniz? Bu, psixoloji məqamdan qaynaqlanır?

- Bilmirəm. Əsas heyətdə meydana buraxdım. Futbol oynamağı bacarır. Həm məşqdə, həm də oyunda özünü doğruldur.

- Bəlkə, 6 aydan sonra yenidən Bakıya qayıtdınız. Stadionla bağlı nə deyə bilərsiniz?

- Məni indi düşündürən növbəti oyundur. Amma deyə bilərəm ki, şəhəri gəzmişik və bəyənmişəm.

- “Qarabağ”ı bəyəndiyinizi dediniz. Rəqib hansı komponentdə sizi razı saldı?

- İlk hissədə bizə bəzi çətinlik yaşatdı. Topların cinahlara keçilməsində çətinliklərlə üzləşirdik. Cinah müdafiəçiləri də hücumlara qoşulurdular. Fasilədə bu haqda danışdıq və nəzarət altında saxlamaq barədə məsləhət gördük. İkinci hissədə bunu etdik və xeyrini gördük.